Xəbərlər

Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir

Mərkəzi Klinikada Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Baş direktor Həsən Qəndilov tədbir iştirakçılarını salamlayaraq Ümummilli Liderimiz Heydər Əliyevin mənalı ömür yolundan və Azərbaycan xalqı, dövlətçiliyi, xüsusən də səhiyyənin inkişafındakı əvəzolunmaz xidmətlərindən danışıb. O, qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyinin banisi və memarı, xalqımızın yaddaşında qurucu və xilaskar lider kimi əbədi iz qoyan milli iftixarımız Heydər Əliyevin dahiliyi təkcə xalqımızın və dövlətimizin ən ağır dövründə məsuliyyəti öz üzərinə götürüb, onun bir dövlət, xalq kimi tarixin səhnəsindən silinməsinin qarşısını alması ilə deyil, həm də ümumbəşəri ideyaları, müdrik və uzaqgörən siyasəti sayəsində dünya siyasətinə və beynəlxalq proseslərə təsir imkaları ilə səciyyələnir. Heydər Əliyev cənabların xüsusi diqqət və qayğısı sayəsində Mərkəzi Klinikada Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün olmuşdur. İqtisadi çətinliklər və maliyyə vəsaitinin çatışmazlığına baxmayaraq Ümummilli liderin şəxsi təşəbbüsü və birbaşa dəstəyi ilə respublikamızda beynəlxalq standartlara uyğun ilk tibb müəssisəsi olan Mərkəzi Klinika yaradıldı. O, dövr üçün bəlkədə imkansız hesab edilən bu məsələ, Heydər Əliyev cənablarının uzaqgörənliyi və qətiyyəti nəticəsində mümkün oldu. Diqqətə çatdırılıb ki, Ümummilli lider tərəfindən Mərkəzi Klinikaya göstərilən bu doğma münasibət, daha sonra onun layiqli davamçısı Zati-Aliləri İlham Əliyev cənabları tərəfindən davam etdirilmişdir. Mərkəzi Klinikanın Azərbaycan Respublikasının Prezidentinin Xüsusi Tibb Xidmətinin tabeçiliyinə verilməsi və dünya şöhrətli alim Akademik Cəmil Əliyevin Xidmətə rəhbərlik etməsi, müəssisənin yeni xidmət sahəsinin (ambulatoriyanın) açılışında cənab prezidentin birbaşa iştirakı, bu qayğı və diqqətin bariz nümunəsidir.

Baş həkim, əməkdar həkim, professor Kamran Musayev də məruzə ilə çıxış edərək dahi şəxsiyyətin respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələrini xüsusilə qeyd edib.

Mərkəzi Klinikanın rəhbərlik başda olmaqla kollektivi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir. Dahi Şəxsiyyəti sevgi və qürurla anırıq.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):