Populyar məqalələr

Meninqomielosel

Meninqomielosel onurğanın anadangəlmə xəstəliyidir. Meninqomielosel zamanı onurğanı təşkil edən fəqərələrin arxa hissələrinin formalaşmır və onurğa beyninin arxa hissəsi açıq qalır.

Meninqomieloseldə açıq qalmış bu bölgədə kisə izlənilir. Bu kisə onurğa kanalı ilə əlaqədə olub ətrafı incə pərdə ilə örtülüdür. Kisənin içində beyin-onurğa beyni mayesi , onurğa beyni və sinirlər olur.
Meninqomielosel onurğanın bütün nahiyələrində ola bilər. Ən sıx bel və oma nahiyəsində görülür. Meninqomielosel 1000də 1-5arasında görülür.

Meninqomieloselin yaranma səbəbi tam olaraq bilinmir. Bununla bərabər genetik meyl olduğu düşünülür. Həmçinin Fol turşusu istifadə edən qadınların uşaqlarında az rast gəlindiyi bildirilir. 
Hamiləlik zamanı USM müayinəsi ilə diaqnoz qoyulur. Hamiləlikdə qan testi olan“ alfa-fetoprotein screening test “ 80% uşaqda bu xəstəliyin olub olmadığını göstərir. Bu test hamiləliyin 16 və18-ci həftələrində edilir.

Doğulan uşağın onurğası üzərində içərisi maye ilə dolu olan, müxtəlif böyüklükdə kisə görülür. Bu uşaqlarda kisənin onurğanın hansı nahiyəsində yerləşmə səviyyəsinə görə ayaqlarda hərəkət məhdudiyyəti, hissiyyat pozğunluğu, sidik və nəcis saxlaya bilməmək kimi əlamətlər olur. Bu xəstələrdə yanaşı olaraq onurğa və ətraflarda deformasiyalar olur.

Meninqomieloseldə ilk müalicə kisənin ləğv edilməsidir. Bu əməliyyat ən qısa zamanda 24-48saat keçmədən olunmalıdır. Əməliyyatın məqsədi xəstədə ölüm riski yaradacaq infeksiyalaşma və beyin -onurğa beyni maye itkisi kimi ağırlaşmaların qabağını almaqdır. Həmçinin əməliyyat etməkdə məqsəd sağlam qalmış sinir toxuması və liflərini qorumaq və zədələnməni minimala endirməkdir. 

Əməliyyat sonrası xəstədə reabilitasiya-bərpa müalicəsi aparılmalıdır. (Xəstəlik nəticəsində itirilmiş və ya itirilmə riski olan funksiyaların qorunması, itkilərin bərpası). Bunun üçün fizioterapiyaya, uroloq, uşaq nevroloqu, ortopedə müraciət olunmalıdır.

Neyrocərrah Dr. Vüqar Mirzəliyev


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):