Qadın xəstəlikləri
Ana səhifə -> Sizin suallarınız -> Qadın xəstəlikləri
Salam. Hekim anamın 48 yası var. Keçen il USM olunub. Ona bu diaqnozları qoyublar.Od boynunda d=10x5mm olcude 1 ədəd das gürünür. MAV;Bası 26mm cismi 14mm ölcüsü normal, exostrukturası eynicinslidir. Exogenliyi orta dərəcədə yüksəlib.SAG BOYREK100x50mm, sol böyrek110x50mm. Hər iki böyrəyin yərləşməsi normal, kənarları hamar, exostrukturası eynicinslidir. KLS-de deyişiklik yoxdur, das yoxdur.yogun bagırsaqlarda pnevmatoz coxdur.Qarın boşluğu təmizdir. USAQLIQ;60x39mm, ölçüsü normal. exostrukturası fibromatozdur.usaqliq dibinde d=37x33mmolcude sunseroz fibromatoz duyun görünür. Endometriya 10mm, sag yumurtaliq 30x20mm, sol yumurtaliq 28x16mm, duqlas boslugu təmizdir. Nəticə öd daşı xəstəliyi, metiorizm, uşaqlıgın subseroz fibromiomasi. Hekim anam bir nece hekimin yanında oldu. Ona reseptler yazdılar. Dərman qebul etdi. Amma bir faydası olmadi.Onu en çox narahat edən fibromadir. Düyünün ölçüsü ne artır ne azalır. Mənim əlimdə olan ilk diaqnozdur. Bundan sonra 2-3 dəfə də USM olunub. Bezən ayda 2 dəfə aybaşı olur. Qara rəngde olur bezen.Əzələlərində agrilar əmələ gəlib .Ayaqları cox agrıyər. Bir ara kartof suyu icib. Bir həkim məsləhət görmüşdü. Qanaxmalardan qorxur. Həkim ona aybaşıdan kesiləndən sonra bu düyünün də yox olacağını deyib. Həkim sizce cərrahi müdaxilə olmadan öd daşının və fibromanın öhdəsinden gəlmək olarmı? ve yaxud da təsirli bir dərman məsləhət görə bilərsinizmi? cox xahis edirəm mənə tez bir zamanda cavab verəsiniz. aynur
02.08.2010

Suala cavab verir
Mama Ginekoloq
Dr. Rəşad Sultan


37 mm-lik subseroz fibroma aybaşı düzənsizliyinə səbəb olmaz. Ara qanaxmalarının səbəbi qadının klimaks öncəsi dönəmdə olmasıdır. Bu vəziyyəti asanlıqla dərmanla müalicə etmək olar. Əməliyyata ehtiyac yoxdur.

Sualı vermək
Digər suallar

Mümkünsə mənə başa salardınız bazalni temperatur nece ölçülür? Menustrasiyanın neçənci günündən neçənci gününə kimi ölçülür və saat neçədə? Öncədən təşəkkür edirəm! Nona
Salam. Sizə sualım belədir. Məndən yaşıl hardasa bəlgəmə bənzər axıntı gəlirdi. Heç bir qoxusu və qaşınma yox idi. Bu 2 gün çəkdi. Qeksikon şami qoydum, indi azalıb. Həm də rəngi də dəyişib. Sarı rəngdədi. Amma azdı. Sizcə bu xlamidiya ola bilər? Durnise
Salam həkim. Bağışlaylın sizi narahat eləyirəm. Mən 2 ildi ailəliyəm uşağa qala bilmirəm əvvəl hormonlarım yüksək idi folekulum patamırdı indi patıyır pralaktinimdə yüksək idi ardıq düşüb. Mən gözləyim, yoxsa süni mayalanma edim. Yoldaşımda yoxlanıb, hər şey yaxşıdır. Sizdən məsləhət gözləyirəm. Sağ olun. Könül
Salam. Süd vəzlərində ara sıra sancının olması və sıxanda bir damla südün gəlməsi nə ilə əlaqəli ola bilər? Xahiş edirəm məni bu barədə tez bir zamanda məlumatlandırasınız. (25 yaşım 11 aylıq oğlum var. Südüm oldüğü halda ana südü içməyib, süni qidayla qidalanıb). Əvvəlcədən təşəkkür edirəm. Sevinc
 
© 2008-2010 All rights reserved MK
Site development by Siteman

25.07.2014 | 10:02

Məqalələr Xəbərlər