• Ümumi məlumat
  • Həkimlər

Sağalma müddətini qısaltmaq üçün kompeks tədbirlər.

İntensiv terapiya şöbəsi Mərkəzi Klinika Xəstəxananın Terapiya şöbəsinin tərkib hissəsi olub, adi stasionar palatasında yatmaq üçün ağır, reanimasiya tədbirlərinə ehtiyacı olmayan xəstələrə qulluq üçün təşkil olunmuşdur. İntensiv terapiya şöbəsində yatan xəstələrə klinik əlamətlərin dəyişməsinin dinamik müşahidəsi daha sıx tələb olunur.

Bizim İntensiv Terapiya şöbəsində 13 yataq mövcuddur. Burada iki və daha artıq orqan və/vəya orqan sistemi patologiyası olan xəstələrin müayinə və müalicəsi aparılır. 

Xidmətlər

İntensiv Terapiya şöbəsinin müalicə sahələri

Əgər sizin və ya yaxınınızın bir və ya bir neçə tibbi problemi varsa və sizözünüzə və yaxınınıza yüksək qulluq, hər tərəfli müayinə və müalicə istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Diqqətinizdə saxlayın ki, biz xəstəliyi yox, xəstəni müalicə edirik.

Aşağıda göstərilmiş və buna oxşar digər xəstəliklərin müalicəsi şöbəmizdə uğurla aparılır:

  • Ağır forma şəkərli diabet və ona bağlı digər problemlər
  • Çətin idarə edilən arterial hipertoniya və ona bağlı digər problemlər
  • Əsasən Heriatrik (yaşlı xəstlər) xəstələr olmaqla bütün növ maddələr mübadiləsi pozğunluqları
  • Status astmaticus və status epilepticus kimi ağır gedişatı olan xəstəliklər
  • İmmunoloji və revmatmotoloji xəstəliklər
  • 2 və daha çox orqan zədələnməsilə təzahür edən infeksion xəstəliklər (Sepsis, septik şok, tənəffüs yolu, sidik yolu infeksiyaları və s.)
  • Zəhərlənmələr
  • Beyin qan dövranı pozğunluqları (ağır formaları)
  • Kəskin və ya xroniki qaraciyər /böyrək çatmamazlıqları
  • Tənəffüs yolu xəstəlikləri
  • Müxtəlif orqanların zədələnməsi ilə gedən autoimmun xəstəliklər (Myasthenia gravis, Guillain–Barré sindomu, Glomerulonefritlər və s.)
  • Müxtəlif nahiyələrdə olan bədən travmaları
  • Mədə-bağırsaq qanaxmaları
  • Digər ağır gedişli endkrinoloji xəstəliklər

 

Xəstələrə qulluq hər bir xəstənin fərdi tələbatına uyğun olaraq aparılır. 7 gün 24 saat göstərilən əsas xidmətlər aşağıdakılardır:

  • Mərkəzi venoz kateterlərin taxılması və qulluğu
  • Döş qəfəsi qarın boşluğunun drenajı
  • Ürək fəaliyyəti telemetriyası və monitorizasiyası
  • Stabil və titirlənə bilən dərman infuziyası
  • Hemodializ kateterlərinin taxılması və qulluğu
  • Kəskin və xronik böyrək çatmamazlığında Hemodializ
  • Tənəffüs çatmamazlıqlarında qeyi-invaziv maska ventilyasiyası (CPAP)
  • Bronxial lavaj, isti və soyuq inhalyasiyalar
  • Damar daxili qidalanma


Komanda

Xəstələrə qulluq aparmaq üçün həkimlər, tibb bacıları və xəstələrin bütüntibbi tələblərinə cavab verə bilən digər personaldan ibarət komandamız xidmətinizdədir.

  • Tam ixtisaslı tibb bacıları, eləcə də, porterlər.
  • 3 reanimatoloq həkim, 2 ümumi terapevt-revmatoloq, 3 terapevt-nefroloq, 1 pulmonoloq.
  • Tibbi təlimatçı

Bundan əlavə, lazım gəldikdə digər ixtisaslı mütəxəssislər də müalicəyə cəlb olunur. Xəstələr intravenoz ağrı terapiyası (alqoloq), farmasept, rehabilitoloq, qidalanma mütəxəssislərindən dəstək ala bilərlər.

İntensiv terapiya şöbəsində yatan xəstələrin yoxlanılması

Siz xəstəninzin vəziyyəti haqqında  (012) 492-10-92 (79-13, 21-34) nomrələrindən məlumat ala bilrəsiniz. Xəstə haqqlarını qorumaq məqsədi ilə yalnız birinci dərəcəli qohumlara xəstə haqqında məlumat verilir.

Ad, soyad İxtisas Bölmə
Dr. Fatimə Əfəndiyeva Terapevt İntensiv terapiya
Dr. Səidə Mahmudova Terapevt-nefroloq İntensiv terapiya