24.05.2017Övladımda revmatoloji xəstəlik varmı?                 24.05.2017Miqren haqqında bilmədiklərimiz                 24.05.2017 Pediatrik Check-Up cəmi 45 AZN!                 23.05.2017Kardioloji Check-Up cəmi 59 AZN!                 23.05.2017Uşaq endokrinoloji check-up cəmi 55 AZN!                
      

Mərkəzi Klinika Ailə Sağlamlıq Mərkəzi

Məlum olduğu kimi, Mərkəzi Klinika tibbin bütün istiqamələri üzrə xalqımıza müasir standartlara uyğun tibbi xidmət göstərməyə davam edir. Bununla yanaşı, Klinikamız həm keyfiyyət, həm də kəmiyyət baxımından davamlı inkişaf edir, bir-birinin ardınca mühüm şöbə, mərkəz və filiallar istifadəyə verilir və onların uğurlu fəaliyyəti təmin olunur. Mərkəzi Klinika Ambulatoriyası və Gəncə Müalicə-Diaqnostika Mərkəzinin ardınca, may ayının 1-dən etibarən Nərimanov rayonunda Mərkəzi Klinikanın yeni bir qurumu – Ailə Sağlamlıq Mərkəzi vətəndaşlarımızın istifadəsinə verildi. 

Ailə Sağlamlıq Mərkəzi 2 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 660 m2 -dir. Burada ən son tibbi cihaz və avadalıqlarla təchiz olunmuş və müasir tibbi texnologiyalar əsasında fəaliyyət göstərən Əməliyyatxana, Diqnostika, Ginekologiya, Pediatriya, Terapiya, Kardiologiya, Nevrologiya, Təcili-tibbi-yardım və s. kimi tibbi sahələr fəaliyyət göstərir ki, onlar təchizat və imkanlar baxımından Mərkəzi Klinikanın standartlarına uyğun formalaşdırılmışdır. Eyni zamanda 1 ədəd təcili tibbi yardım avtomobili də mövcuddur. Stasionar, reanimasiya və digər genişmiqyaslı tibbi xidmətlərə ehtiyac yarandığı hallarda Mərkəzi Kilinikanın Xəstəxana və Ambulatoriyasına yönləndirilir.

Mərkəzdə ümumilikdə 14 tibbi ixtisas üzrə xidmət göstərməklə 40 nəfər işçi, o cümlədən 20 həkim, 11 orta və kiçik tibb işçisi, 9 texniki-inzibati personal əmək əmək fəaliyyəti göstərir. Mərkəzdə onlarla xarici həkim və tibbi mütəxəssislərin dəvət əsasında tibbi xidmət göstərməsi nəzərdə tutulur.

Mərkəzin birinci mərtəbəsində yığcam yerləşdirilmiş, lakin funksionallıq baxımından bütün imkanlara və ixtisaslara malik poliklinika və diaqnostika bölmələri yerləşir. Burada təcili-tibbi yardım, terapiya, kardiologiya, nevrologiya, pediatriya, urologiya, ultrasonoqrafiya, rentgen, EKQ, stress-test, xidmətləri həyata keçirilir. Eyni zamanda peyvənd və yeni doğulmuş uşaqların müayinə otaqları da fəaliyyət göstərir. İkinci mərtəbədə mama-ginekologiya, əməliyyatxana bölmələri yerləşir ki, burada ən müasir ginekoloji xidmətlər, o cümlədən də süni mayalanma xidmətlərinin aparılması nəzərdə tutulmuşdur.

Əməliyyatxana bölməsində ən müasir tibbi avadanlıq, o cümlədən xəstəni tam monitorizə edə bilən anesteziya cihazı, Yaponiyanın məşhur “Nicon” şirkətinin istehsalı olan mikroskop, bütün normativlərə əməl olunmuş, yüksək sterilləşdirmə, anbar, həkim otağı, xəstələrin gözləmə zalı vardır. Mərkəzin xüsusən ginekoloji xidmətlər üzrə ixtisaslaşması planlaşdırıldığından, burada süni mayalanma (İVF) laboratoriyası və ginekologiya, eləcə də endokrinologiya, urologiya, andrologiya, kolposkopiya xidmətləri təklif olunur. Bu məqsədlə 4 müayinə otağı lazımi avadanlıqla, o cümlədən “Philips” şirkətinin 4D ultrasəs cihazı, ana bətnindəki uşağın ürək döyüntüsünü ölçmək üçün yüksək həssalığa malik (KTG) cihazı ilə təchiz edilmişdir.

Həmçinin laboratoriya və qanalma məntəqəsi də fəaliyyət göstərir ki, burada götürülmüş analiz materialları Mərkəzi Klinika Xəstaxananın Tibbi Laboratoriya şöbəsinə göndərilərək təhlillər aparılır və cavablar operativ şəkildə LİS eloktron proqramı ilə cavablandırılır. Eyni zamanada rengenoloji müayinələr də PACS sistemi ilə Mərkəzi Klinikanın Diaqnostika Şöbəsinə ötürülərək müayinələr vahid mərkəzdən həyata keçirilir. Təcili tibbi yardım və səyyar xidmətlər bölməsində xəstələrə monitorla nəzarət, evdə hər növ tibbi xidmət, ev şəraitində qanın götürülməsi və s. xidmətləri təklif olunur. Bunun üçün səyyar rentgen və ultrasəs cihazları vardır. Bunlardan əlavə, mərtəbələrdə sterilləşdirmə, yardımçı və texniki xidmət otaqları fəaliyyət göstərir.

Göründüyü kimi, Mərkəzi Klinikanın həm xidmətlərinin sayı və həcmi, həm də cəmiyyət arasında etibar və nüfuzu durmadan artır, xəstəxanaya bəslənən ümidləri doğruldulur. Mərkəzi Klinika səhiyyə sahəsində bir milli brendə çevrilərək, bütövlükdə Azərbaycan Səhiyyəsində sürətli inkişafın hərəkətverici qüvvəsinə (lokomotivinə) çevrilmişdir.

Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):