Ginekologiya
Ana səhifə -> Məqalələr -> Ginekologiya
t.e.n. Dr. Mahirə İsmayılovanın saglamxeber saytına Süni Mayalanma haqqında müsahibəsi.
01.02.2011
Həkim:

Suni mayalandırma ilə dogulan körpələr çox vaxt sağlam və əkiz doğulurlar.


Azərbaycanda süni mayalanmaya ən çox kimlər üz tutur?
articles: MahireIsmayilova.jpgBu mövzu üzrə növbəti müsahibimiz, Mərkəzi Klinikanın ginekoloqu, süni mayalandırma üzrə mütəxəssis Mahirə İsmayılovadır. M.İsmaylova Mərkəzi Klinikanın Qadın Mərkəzinin rəhbəri, Süni Mayalanma laboratoriyasının müdiridir. Üç ildən çoxdur ki, klinikada sırf süni mayalanma sahəsindədir. Türkiyədə alman xəsətxanasında bu sahədə işləyib. İraqda Ərbil şəhərində süni mayalanma mərkəzini qurub.Tibb elmləri namizədidir.
-Mahirə xanım, Azərbaycanda süni mayalanmaya üz tutanlar çoxdurmu? Əsasən kimlər müraciət edir?
-Bildiyiniz kimi süni mayalanmaya müraciət edənlər sonsuzluqdan əziyyət çəkən cütlüklərdir. Çox vaxt sonsuzluğu süni mayalandirma olmadan da müalicə etmək olur. Bu sahədə təcrübəmiz göstərir ki, hətta illərlə uşağı olmayanları sevindire bilirik. Sadəcə sonsuzluğu yaxşıca araşdırmaq və müalicəni düzgün aparmaq lazımdır. Lakin ele hallar var ki, hətta 10-15 il müalicə etsələr də faydası olmur. Və ya vicdanlı və savadlı həkim sadəcə olaraq pasientə izah edir ki, bu müalicənin faydası olmayacaq. Hətta ən müasir dərman preparatları da kömək etməz. Çarəsi yalnız süni mayalandırmadır. Süni mayalanma 1978-ci ildə borusu olmayan Luiza Braun adlı bir qadın üzərində həyata keçirilib. Yeri gəlmişkən, bəs gəlin görək süni mayalandırmanı zəruri eden hansı hallardır. Məsələn, deyək ki, qadının boruları əməliyyatla götürülüb. Hansısa infeksiya və ya ciddi bir problem səbəbiylə təbii mayalanma getmir. Adətən təbii mayalanma necə gedir? Gəlin ona kiçik bir aydınlıq gətirək. Qadın yumurtalıqlarında hüceyrə yetişir. Aybaşından sonrakı 12-13 gün fallikul 2 sm yetişir. İçindən hüceyrə çıxır. Daha sonra bu hüceyrə uşaqlıq borusuna düşür. Uşaqlıq borusunun ovulyasiyasında  mayalanma gedir. Mayalanmış hüceyrə daha sonra ruşeym halında uşaqlıq divarında implantasiya olunur. Mayalanma başa çatır. Mən qısa dedim. Yəni bu zəncirin halqalarında hər hansı bir problem olarsa təbii mayalanma baş vermir. Bunlardan da borunun olmamasını qeyd etdim. İkincisi yumurtalıqlarda yumurta hüceyrəsinin yetişməsi hallarının pozulmasıdır. Buna hansısa hormonal pozuntu da çox səbəb ola bilər. Azərbaycanda qadınlar arasında yumurtalıqların polikistozu çox geniş yayılıb. Şəkərli diabet, zob xəstəliyi, hipofizin funksiyasının pozulması və digər səbəbdən yumurta hüceyrəsinin yetişməsi pozulur. Uzunmüddətli müalicə effekt vermirsə süni mayalanma artıq bu durumda göstərişdir. Süni mayalanmaya göstəriş olaraq kişi faktorlarını da qeyd etmək lazımdır. Sperm hüceyrələrinin hərəkətlərinin və sayının azalması, eyni zamanda onların keyfiyyətlərinin pozulmasıdır. Azospermiya – sperma hüceyrələri ümumiyyətlə olmur kişidə. Bunun da iki növü var: Obstruktiv və nonobstruktiv. Obstruktiv articles: SONSUzz.jpgo deməkdir ki, xayalarda sperm hüceyrələri yetərincə vardır. Lakin hansısa infeksiya və digər problem üzündən kanal bağlanıb deyə eyakulyata çıxmır. Non obstruktiv azospermiya isə o deməkdir ki, xayalarda spermatogenez pozulub. Sperm hüceyrəsinin əmələ gəlməsi pozulub. Bu da uşaqlıqda, andangəlmə və ya sonradan qazanılmış ola bilər. Uşaqlıqda parotit (svinka) keçirən şəxslərdə, xüsusən də bu parotit infeksiyası orxit (xayaların şişməsi) veribsə gələcəkdə spermatogenezin pozulması hallarına çox rast gəlinir. Kişilərdə süçiçəyi olarsa, bu da bəzən spermatogenezə təsir edir. Süni mayalanmaya sonsuzluğun 20% hallarında-idiopatik, yəni səbəbi məlum olmayan hallarda göstəriş olur. Təəssüflər olsun ki, bu qrup sonsuzluq da çoxluq təşkil edir. Yəni bir də baxırsan ki, hər şey qaydasındadır, kişidə sperm göstəriciləri, qadında boru keçiriciliyi, qadın yumurtalıqları normaldır və s. ama hamiləlik baş vermir. Bunun da səbəbi var. Lakin gerçək səbəb süni mayalanma zamanı aşkar oluna bilir. UZİ(USM) müayinəsi ilə biz qadının fallikullarını görürük. Amma onun içindəki hüceyrələri görmürük. Süni mayalanma zamanı isə biz görürük ki, fallikullar olsa da hüceyrələr çox azdır. 20 fallikulun içindən 3 normal hüceyrə çıxır.Və ya ümumiyyətlə yoxdur. Eləcə articles: Spermatozoid.jpgdə kişilərdə səbəblər nə vaxtsa aşkar oluna bilir. Mən sadəcə bir məsələyə diqqət çəkmək istərdim. Çoxları sual verir ki, insan ailə qurduqdan sonra neçə müddət gözləməlidir ki, müayinələrə getsin. Mənim fikrimcə dərhal getməlidir müayinəyə. Çünki əgər azospermiya çıxıbsa istər 5 ay gözləsin, istərsə də 5 il, heç bir faydası olmayacaq.Və yaxud da xanımın tutaq ki, boruları bağlıdırsa, bu zavallı qadını boş yerə müalicə edib ora-bura yormağın nə mənası var? Nadir hallarda (5 %) borusu bağlı qadınlarda müalicə səmərə verir və təbii mayalanma baş verir.
Həkim, süni mayalanmanın aparılmasında beynəlxalq standartlar nədən ibarətdir? Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hansısa qadağalar və tövsiyyələr varmı? Misal üçün, uşaqlığa embrionların sayı nə qədər olmalıdır?
-Süni mayalanma sonsuzluğun aradan qaldırılması yolunda ən müasir üsuldur. Ancaq burda da getdikcə müəyyən qaydalar təkmilləşir, yeniləşir. Əvvəllər çalışırdılar ki, süni mayalanmada təki hamiləlik baş versin. Qeyd edim ki, dünyada istər ABŞ, istərsə də ən müasir digər qərb ölkələrində, eləcə də Türkiyədə hamiləliyin baş verməsi 50%-dən aşağıdır. Ancaq hamiləliyin baş verməsi hələ o demək deyil ki, bu hamiləlik uğurla başa çatacaq. Sağlam uşağın dünyaya gəlməsi 30-40 faiz arasında dəyişir. Əvvəllər dünyada çalışırdılar ki, embrionu qoyanda çalışırdılar ki, çox qoysunlar ki, onlardan bir neçəsinin hesabına hamıləlik baş versin. Nəticə olsun. Məlum oldu ki, bunun da fəsadları var. Embrion çox olduqca nəticədə düşüklərə, qanaxmalara gətirib çıxarırdı. Bir çoxları məcburən reduksiya edirdi. Reduksiyanın da Images: UZI.jpgfəsadları var. Dünyada artıq bu standartlar dəyişibdir. Embrionların yetişmə dərəcələri var. Biz çalışırıq ki, 2 embrion qoyaq. Bu həm də ÜST-ın vacib tövsiyyəsidir. İlk öncə aybaşından sora ikinci gündən başlayaraq biz xanıma dərmanlar veririk. Bununla çalışırıq ki, onda çox sayda yumurta hüceyrəsi yetişdirək. Təqribən bu müalicə 10-12 gün gedir. 12 gün ərzində qadın 3-4 dəfə xəstəxanaya gəlməli olur. USM müayinəsindən keçir və müvafiq analiz verir. Dərmanların dozası dəyişir. Deyək ki, qadında fallikullar yetişdi. Venadaxili anesteziya verilir. Kəsik aparmadan qadında yetişən hüceyrələr həkim tərəfindən toplanır. Toplanan yumurta hüceyrələri embrioloq tərəfindən mikroskop altında dəyərləndirilir. Eyni yolla da onun həyat yoldaşından sperm hüceyrələri götürülür və mayalandırılır. Buna mikro injeksion deyilir. Dünyada süni mayalanma üsulu kimi İVF və mikro injeksion üsulları vardır. Hazırda mütəxəssislər daha çox mikro injeksiona gedirlər.
-Mahirə xanım, İVF ilə mikro injeksionun fərqi nədədir?
Images: qadnhamile.jpg-Dünyada təbii ki İVF icad olunub. Bu o deməkdir ki, qadın yumurta hüceyrəsi qoyulur. Onun üzərinə 10 min kişi sperm atılır. 10 min spermdən 1-i öz-özünə onu mayalandırır. İVF—ni azospermiya, sperm sayının az olduğu hallarda tətbiq etmək olmur. Mikro injeksionda isə 1 qadın 1 kişi hüceyrəsi götürülür. Xüsusi iynə ilə kişi sperm hüceyrəsi qadın yumurta  hüceyrəsinin içinə yeridilir. Yəni 2-3 sperm tapılsa da o insanın övladı olmaq şansı yaradılır. Çətin olsa da dünyada bu üsul tətbiq edilir. Əmələ gələn embrionları bizim embrioloq dəyərləndirir. Hər gün inkubatorda saxladılır. Xüsusi kateter vasitəsilə embrionlar USM-lə qadının uşaqlığının içinə yerləşdirilir. Az sayda embrion köçürəndə çalışırlar daha keyfiyyətli embrionlar köçürsünlər. Bününçün embrionları 5-ci günədək böyüdürlər. Ən sağlamını istifadə edirlər. Belə halda uğurlu hamiləlik şansı daha yüksəkdir. Çox sağlam embrion yetişdirmək imkanları da ağır işdir. Bununçün ana bətninə yaxın şəraitə mailk inkubatorlar, ən bahalı laboratoriyalar və olduqca peşəkar embrioloq lazımdır. Bu isə çətin olduğu üçün dünyada çoxları çalışır ki, ana bətninə çox sayda embrion qoysun ki, onlardan heç olmasa 1 və 2-si tutsun. Ümumdünya Səhiyyə Təşkilatı tövsiyyə edir ki, embrion 2 dənə olsun. Türkiyədə bu qanuniləşdirilib. Məsələnin sosial tərəfi də var. Sosial demoqrafiya tərəfi də var.
-Mərkəzi Klinikanın süni mayalandırma ilə bağlı imkanları barədə nə deyə bilərsiniz?
articles: MKXBINA.jpg-Mərkəzi Klinikanın Süni Mayalanma Mərkəzi heç də dünyanın ən qabaqcıl mərkəzlərindən, laboratoriyalardan geri qalmır. Qabaqcıl ölkələrlə təcrübə mübadilələrimiz olur. Hər yerdən gəlib baxırlar. Süni Mayalanma Mərkəzinin əsas məqsədi odur ki, dünyaya sağlam uşaq gəlsin. Müraciət edənlər çoxdur. Bizdə - Mərkəzi Klinikada süni mayalanma ilə doğulan körpələrin sayı 700 nəfərdənn çox olar. Ama baş verən hamiləliklərin sayı çoxdur. Bizim köməyimizlə hətta elə ailələr var ki, hətta 2-ci, 3-cü uşaqları bu üsulla dünyaya gəlib. Bizim klinikanın süni mayalanma təcrübəsi çoxdur. İmkanlarımız da genişdir. Dünyada ən müasir üsulu tətbiq edirik. 2010-cu ildən biz predimplantasion genetik diaqnostika üsuluna da başlamışıq.Yəni implantasiya öncəsi genetik diaqnostikanı da aparırıq. Embrionları qoymadan öncə bu diaqnostikanın köməyi  ilə 250-dən çox genetik xəstəliyi önləyə bilirik, aşkar edirik. Öyrənirik ki, embrionda hemofiliya, talassemiya, daun sindromu, xromosom patologiyalarını və sairə varmı? Müəyyən təhlilləri apardıqdan sonra sağlam olanını seçib qadının bətninə qoyuruq. Yeri gəlmişkən elə ailələr varr ki, onlarda heç bir səbəb olmadan hamiləlik başa çatmır. Erkən düşüklər olur. Buna da 70-80% hallarda xromosom patologiyalar səbəb olur. Bunu yalnız süni mayalanma sırasında aşkar edirik. Xromosom patologiyası olmayan sağlam embrionu seçib ana bətninə qoyuruq ki, hamiləlik uğurlu olsun. Ümimiyyətlə ən müasir tələblərlə işimizi qururuq.

Müsahibəni aldı: Ramil Nəcəfli

Mənbə: Saglamxeber 

 
© 2008-2010 All rights reserved MK
Site development by Siteman

27.11.2014 | 14:06

Məqalələr Xəbərlər